“Mən saçlarımın çoxunu Vladimir Putinin Rusiyası ilə işləməkdən ağartdım”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib.
MKİ direktoru qeyd edib ki, 15 il əvvəl ABŞ-ın Moskvadakı səfiri olarkən Rusiya Prezidenti Vladimir Putin onda “etimadsızlıq”, “qisas hissi” və “şöhrətpərəstlik” təəssüratı yaradıb.
Börns vurğulayıb ki, “Rusiya liderinin ölkəsi üzərində hökmranlığı dərinləşdikcə daha çox risk almağa başlayır. Putin və onun ətrafındakılar Rusiyanın ancaq onların nəzarətində olan Ukrayna ilə böyük güc ola biləcəyini düşünür. Rusiya liderinin Ukrayna ilə bağlı planları ciddidir”.
Hərb əməliyyatla nəticə əldə edəcəyinə ümid edən Putinin yanıldığını bildirən MKİ direktoru onu da əlavə edib ki, “ABŞ Kiyev administrasiyası ilə kəşfiyyat məlumatlarının mübadiləsinə önəm verir. Kremlin Ukraynada aşağı dağıdıcı gücə malik taktiki nüvə silahlarından istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar var”.
İqbal Rzayev,
KONKRET.az
