Rus ordusu Neptun gəmi əleyhinə raketlər üçün komponentlərin istehsal edildiyi “Julyansky Maşınqayırma Zavodu” Vizar” Dövlət Müəssisəsinin sexlərinə raket hücumu edib.
KONKRET.az xəbər verir ki, məlumat “Ukroboronprom”da rəsmən təsdiqlənib.
Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə “Moskva” freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib.
“Bu, Rusiyanın Qara dəniz donanmasının 1 milyard dollara qədər qiyməti olan flaqmanını batırdıqdan sonra baş verdi. Söhbət iki QR raketindən gedir. 360 MT “Neptun” Rusuyanın “Moskva” kreyserini məhv edən bir sıra dövlət və özəl müəssisələr tərəfindən istehsal edilib”, – məlumatda deyilir.
Konsern qeyd edir ki, mütəmadi olaraq raket zərbələri endirilməsinə və müdafiə müəssisələrimizin atəşə tutulmasına baxmayaraq, Ukraynanın mübarizə aparmaq üçün nəyi isə var.
“Dünyanın ən qüdrətli ordusuna – Ukrayna Silahlı Qüvvələrinə hərbi və xüsusi texnikanın tədarük dinamikası yalnız artır”, – “Ukroboronprom” qeyd edib.
Xatırladaq ki, aprelin 13-də Qara dənizdə Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” qanadlı raketləri ilə vurulub.
Xuraman Etibarlı,
KONKRET.az
