Mourinyo bu göstəricidə bütün məşqçiləri qabaqlayırbackend

Mourinyo bu göstəricidə bütün məşqçiləri qabaqlayır

Roma”nın baş məşqçisi Joze Mourinyo avrokuboklarda yarımfinala ən çox vəsiqə qazanan məşqçi olub.

KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, Avropa Liqasının 1/2 finalında “Lester”lə qarşılaşma Jozenin karyerasında 11-ci Avropa yarımfinalı olacaq.

Portuqaliyalı mütəxəssis bu göstəricidə  Aleks Fergüsson,  Yupp Haynkes (hər ikisi 8 yarımfinal), Karlo Ançelotti və Pep Qvardiola (hər ikisi 9) kimi məşqçiləri qabaqlayır .

Mourinyo həm də Avropanın hər üç yarışında – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci məşqçi olub.

Qeyd edək ki, Jozenin çalışdırdığı “Roma” Avroliqanın 1/4 finalında “Budye-Qlimt”i mübarizədən kənarlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*