Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim açıq şəkildə YANDIRILDI – VİDEObackend

Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim açıq şəkildə YANDIRILDI - VİDEO

Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim açıq şəkildə yandırılıb.

KONKRET.az xəbər verir ki, Danimarkanın ifrat sağçı Hard Deal hərəkatının lideri Rasmus Paludanın İsveçin cənubundakı Linköpinq şəhərində müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi açıq şəkildə yandırdığı barədə görüntülər yayılıb.

Hələ ötən ilin avqustun 4-də “Danimarkalı siyasətçi Quranı yandırmaq üçün İsveçə səfər edəcək” başlıqlı məqaləni “Fria Tider” qəzeti yayıb.

Danimarkanın “Hard Deal” radikal partiyasının lideri Rasmus Paludan, Malmödəki məscidin yaxınlığında Quranı açıq şəkildə yandırmaq üçün İsveçə getməyi planlaşdırdığını açıqlayıb.

Paludan partiyadaşlarının dediyinə görə, küçə rəssamı Dan Park siyasətçini Malmödəki məscidlərdən birinin yaxınlığında Quranı yandırmağa dəvət edib. Paludan dəvəti qəbul edib. Bildirilir ki, o, İsveçə səfərinin məqsədini avqustun 28-də Rozenqard şəhər ərazisindəki məscidin yaxınlığında həyata keçirib.

“İsveçli qardaşlarımız öz ölkələrində məhv edilir, ona görə də onlara kömək etmək üçün edə biləcəyimiz ən az şey işğal altındakı anklavlardan birində olmaq və Quran haqqında fikrimizi bildirməkdir”, – deyə Paludan bildirib.

Xatırladaq ki, Rasmus Paludan artıq Danimarkada müsəlmanların Müqəddəs Yazılarının yandırılması ilə bağlı açıq aksiyalarla məşhurlaşıb. Siyasətçiyə bir neçə hücum da edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*