Onlayn toy: Ədliyyə Nazirliyi müharibə zamanı evlənməyi asanlaşdırdıbackend

Onlayn toy: Ədliyyə Nazirliyi müharibə zamanı evlənməyi asanlaşdırdı

Ukrayna Ədliyyə Nazirliyi hərbi vəziyyət dövründə nikah prosedurunu sadələşdirib.

KONKRET.az xəbər verir ki, bundan sonra hətta Zoom-da toy mərasimi keçirilə bilər.

Ölkənin ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib ki, “İndiki şərait ona gətirib çıxarır ki, insanların bəzən gözləmək imkanı olmur. Çünki biz hamımız elə şəraitdə oluruq ki, sabah və hətta bu gecə axşama doğru nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək mümkündür və nikahı bir gündə rəsmiləşdirmək mümkün olacaq. Bununla bağlı istəklərini bildirmiş insanlar gün ərzində evlənə bilərlər”.

Qeyd edək ki, nikahın qeydiyyatı hərbi əməliyyatların olmadığı ərazidə qeydiyyat idarəsinin istənilən orqanında aparıla bilər. Müəyyən şərtlər daxilində nikahları təkcə qeydiyyat idarəsinin əməkdaşları deyil, həm də polis və hərbçilər də apara bilər. Kolomiets qeyd edib ki, müdafiəçilər üçün uzaqdan evlilik də nəzərdə tutulub.

“Onlar öz komandirinə müraciət edərək, uzaqdan nikaha daxil olmaq istədikləri barədə ərizə verə bilərlər. Hərbi hissədə olmayan şəxs uzaqdan Zoom vasitəsilə nikaha girə bilər”, – deyə Kolomiets bildirib.

Ədliyyə Nazirliyi xatırladıb ki, genişmiqyaslı müharibə başlayandan bəri, demək olar ki, 22.000 ukraynalı cütlük evlənib ki, bu da adi haldan çoxdur. Bu, xüsusilə hərbi vəziyyətlə bağlıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*