“Putin Rusiya qoşunlarına xüsusilə onları məhv etməyi tapşırıb” – Peskovdan ŞOK AÇIQLAMAbackend

"Putin Rusiya qoşunlarına xüsusilə onları məhv etməyi tapşırıb" - Peskovdan ŞOK AÇIQLAMA

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas vəzifəsi millətçi batalyonları məhv etməkdir”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildlirib.

Peskov bildirib ki, Putin bunu Rusiya qoşunlarına əsas vəzifə kimi tapşırıb:

“Əsas odur ki, hamısını (Ukraynanı – red.) bu millətçi batalyonlardan azad edək. Əməliyyat davam edir və qarşıda duran vəzifələr hamıya bəllidir. Onlar tamamlanmalıdır və tamamlanacaq. Heç bir şübhə olmamalıdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu həftə “Vostoçnı” kosmodromundakı açılışda çıxış edərkən müharibənin məqsədinin Rusiyanın təhlükəsizliyini qorumaq və Donbas sakinlərinə yardım etmək olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə Rusiyanın Ukraynadakı müharibə ilə ABŞ-ın dünyadakı dominantlıq kursuna son qoymaq istədiyini qeyd etmişdi.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*