Qabesdə içərisində Azərbaycan və Türkiyə vətəndaşları olan GƏMİ BATDI – SON DURUMbackend

Qabesdə içərisində Azərbaycan və Türkiyə vətəndaşları olan GƏMİ BATDI 

Tunisdə Qabes şəhəri yaxınlığına ticarət gəmisi batıb.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bütün ekipajın həyatını xilas etmək mümkün olub.

Məlumata görə, içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu yeddi ekipaj üzvü Qabes xəstəxanasına çatdırılıb. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bildirilir ki, gəmi Ekvatorial Qvineyadan hərəkət edib.

Gəminin batmasına su sızması səbəb olub. Ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*