Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər – Zelenskibackend

Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər - Zelenski

Rusiya Federasiyası ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ukrayna internet mediasına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər – onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya Federasiyası ilə münasibətlərlə bağlı olmalıdır.

“Düşünürəm ki, bu, iki fərqli sənəd ola bilər. Biri təhlükəsizlik zəmanəti və Rusiya ilə ayrıca sənəd”, – deyə Zelenski izah edib.

O qeyd edib ki, Moskva bütün məsələlərin həllini ehtiva edən bir razılaşma əldə etmək istərdi.

“Lakin hamı özünü Rusiya Federasiyası ilə masa arxasında tam görmür. Onlar üçün Ukraynanın təhlükəsizlik təminatları bir məsələdir, Rusiya Federasiyası ilə razılaşmalar isə başqa məsələdir”, – o deyib.

“Rusiya hər şeyin bir sənəddə olmasını istəyir, amma insanlar başqa söz deyir. Onlar Buça və Borodiankada baş verənləri gördülər, ona görə də vəziyyət dəyişir”, – prezident deyib.

Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*