Rusiyanın Kiyevə raket hücumlarının sayını hansı şəraitdə artıracağı məlum olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyevə endirilən raket zərbələrinin sayı və miqyası Rusiya ərazisinə istənilən hücum və ya təxribata cavab olaraq artırılacaq.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə bildirib ki, ötən gecə yüksək dəqiqlikli “Kalibr” raketləri ilə Kiyevin ətrafındakı hərbi obyektə hücum edilib. Həmçinin Julyanskidəki “Vizar” maşınqayırma zavodunda uzaq və orta mənzilli zenit-raket komplekslərinin, eləcə də gəmi əleyhinə raketlərin istehsalı və təmiri sexləri də sıradan çıxarılıb.
Ümumilikdə müxtəlif ərazilərdə 13 obyekt vurulub deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
