Rusiya qoşunları Poltavaya RAKET ATDI – ÖLƏN VƏ YARALANANLAR VARbackend

Rusiya qoşunları Poltavaya RAKET ATDI - ÖLƏN VƏ YARALANANLAR VAR

“Rus işğalçıları dünən gecə saatlarında Poltava vilayətinə raket zərbəsi endiriblər”,

KONKRET.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin bildirib.

O, Rusiya hücumu nəticəsində ölən və yaralananların olduğunu qeyd edib:

“Təəssüf ki, bu səhər yaxşı açılmadı… Dünən gecə saatlarında Poltava yaxınlığındakı kəndlərdən birinə zərbə endirilib. Evlər dağıdılıb.Düşmən atəşi nəticəsində ölən və yaralananlar var. Rus işğalçısı hər məhv edilmiş can üçün cavab verəcək!”.

Qeyd edək ki, bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinin Poltava vilayətində iki Rusiya raketini vurduğu bildirilib.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 52-ci günüdür.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*