Serbiyanın paytaxtı Belqradda sağçı fəallar Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılmasında Serbiyanın səsverməsinə etiraz edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ifrat sağçı fəallar serblərlə rusların daimi qardaş olduğunu, Serbiya prezidenti Aleksandar Vuçiçin bu qardaşlığa xələl gətirdiyini bildiriblər.
Həmçinin BMT-də qəbul edilən qərarların onların adından alınmadığını bildirən fəallar Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsinin Serbiyanın xeyrinə olacağını qeyd ediblər.
Serb xalqının 85 faizinin sanksiyalara qarşı olduğunu bildirən etirazçılar, Rusiyaya qarşı “xain və əxlaqsız” qərarların ləğv edilməli olduğunu bildirib. Prezident Vuçiçə qarşı “satqın” şüarları səsləndirilib.
İqbal Rzayev,
KONKRET.az
