Sərnişin daşıyan avtobus KamAZla toqquşdu – ƏTRAFLIbackend

Sərnişin daşıyan avtobus KamAZla toqquşdu - ƏTRAFLI

Sosial şəbəkədə 99JU303 dövlət qeydiyyat nişanlı Xaliq Faiqoğlu şirkətinə məxsus avtobusun qəza törətməsi ilə bağlı görüntülər yayılıb.

Mövzu ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən KONKRET.az-a verilən məlumata görə, hadisə Bakı şəhər Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

“Yol nəqliyyat hadisəsi avqustun 1-i saat 06:15 radələrində Bakı şəhər Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Hadisə zamanı sərnişin avtobusu KamAZ markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb”.

Aygün Mirakif,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*