Sumqayıt Tibb Mərkəzində yeni təyinatbackend

Sumqayıt Tibb Mərkəzində yeni təyinat

Sumqayıt Tibb Mərkəzi kadr potensialını gücləndirməkdədir.

KONKRET.az xəbər verir ki,Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub. Oftalmoloq cərrah, tibb elmləri doktoru, professor Sevinc Əsgərova STM-nin 2 nömrəli Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, S. Əsgərova 1991-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Avropanın Plastik və Rekonstruktiv Oftalmoloji Cərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü, Türkdilli Ölkələrin Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü, koordinatoru, ABŞ Oftalmoloqlar Cəmiyyətinin, Beynəlxalq Dakrioloji Cəmiyyətinin, Beynəlxalq Uşaq Oftalmoloqları Cəmiyyətinin, Rusiya Oftalmologiya Cəmiyyətinin, Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*