Cari il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Sumqayıt şəhər prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, ibtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisələr səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.