Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaqbackend

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaq

Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayan gəminin heyəti arasında olan 2 Azərbaycan vətəndaşı xəsarət almayıb.

Bu barədə KONKRET.az-a XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib.

“Aprelin 16-da Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub. Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”, – deyə sorğuya cavabda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*