“Ukraynada hərbi zavodu və silah anbarlarını raketlə vurmuşuq” – Rusiya MNbackend

“Ukraynada hərbi zavodu və silah anbarlarını raketlə vurmuşuq” - Rusiya MN

“Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli raketlərlə düşmənin 16 hədəfini, o cümlədən texnika konsentrasiyaları, anbarlar və silah anbarları bazalarını məhv edib”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Yüksək dəqiqlikli uzaqmənzilli raketlərimiz Kiyevdəki hərbi zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binalarını dağıdıb” – Konaşenkov əlavə edib.

 

Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyanın bu gün Poltava, Lvov və Kiyevə raket zərbələri endirdiyini bildirib. Məlumata görə, hücumlar nəticəsində ölən və yaralananlar var.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*