ÜST: “İngiltərədə səbəbi bilinməyən 74 hepatitə yoluxma halı aşkar edilib”backend

ÜST: "İngiltərədə səbəbi bilinməyən 74 hepatitə yoluxma halı aşkar edilib"

İngiltərədə 74 uşaqda səbəbi bilinməyən hepatit virusu aşkar edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada Şotlandiyada 5 apreldə 10 uşağa ağır hepatit diaqnozunun qoyulduğu, İngiltərədə isə aprelin 8-də hepatitli uşaqların sayının 74-ə yüksəldiyi bildirilib.

Mütəxəssislər virusun hansı yollarla keçdiyi bilmədiklərini və aşkarlanan nümunələrin hazırda laboratoriyada tədqiq edildiyi bildirib. Sarılıq, ishal, qusma, qarın ağrısı kimi simptomların müşahidə edildiyi qeyd edilib.

Həmçinin açıqlamada bəzi halların qaraciyər mütəxəssisinə aparılaraq müalicə olunduğu, 6 halda isə qaraciyər transplantasiyası aparılmalı olduğu vurğulanıb.

Digər tərəfdən Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin Kliniki və İnkişaf etməkdə olan Xəstəliklər üzrə direktoru Mira Çanq hadisələrdən birinin yuxarı tənəffüs yollarına təsir edən adenovirus infeksiyası olma ehtimalına diqqət çəkib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*