Vüsal Novruzova yüksək vəzifə verildibackend

Vüsal Novruzova yüksək vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib.

KONKRET.az xəbər verir ki, Fondun yeni sədri Vüsal Novruzov seçilib.

Vüsal Novruzov uzun müddət bank-maliyyə sektorunda rəhbər vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Mərkəzi Bankın Naxçıvan MR idarəsində sədrin köməkçisi olub. Daha sonra “Kapital Bank”, “Azər Türk Bank”, “Sara İnvest Holdinq”, SR Group Company şirkətlərində müxtəlif rəhbər vəzifələrində işləyib. Yeni vəzifəsinə qədər isə Naxçıvan Dövlət Universitetinin Maliyyə şöbəsinin müdiri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*