Zelenski Baydendən XAHİŞ ETDİ: “Rusiyanı terroru dəstəkləyən ölkələr siyahısına əlavə edin”backend

Zelenski Baydendən XAHİŞ ETDİ: "Rusiyanı terroru dəstəkləyən ölkələr siyahısına əlavə edin"

Zelenski Baydendən Rusiyanı terroru himayə edən ölkələr siyahısına əlavə etməyi xahiş edib.

KONKRET.az-ın “The Washington Post”a istinadən verdiyi məlumata görə, bu həftənin əvvəlində Zelenski Co Baydenlə telefonla danışıb. Söhbət zamanı Zelenski analoji tələblə çıxış edib.

Ukrayna Prezidenti Co Baydenə Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil etməyə çağırıb.

Lakin Amerika mənbələri Baydenin buna ötəri cavab verdiyini və heç nə vəd etmədiyini bildirib. Eyni zamanda, Bayden Zelenskini Moskvaya təzyiqləri artırmaq üçün bütün təklifləri öyrənəcəyinə inandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*