Zelenskidən ŞOK AÇIQLAMA: “Mariupol müdafiəçilərini məhv etsələr bütün danışıqlar DAYANDIRILACAQ”backend

Zelenskidən ŞOK AÇIQLAMA: "Mariupol müdafiəçilərini məhv etsələr bütün danışıqlar DAYANDIRILACAQ"

“Rusiya Mariupolu müdafiə edən Ukrayna hərbçilərini məhv edərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrainska Pravda” portalına müsahibəsində deyib. O bildirib ki, Rusiya işğalcıları  Mariupol müdafiəçilərini öldürsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq.

Bu, geri dönüş nöqtəsinə çevriləcək, çünki Ukrayna “əraziləri və əhalisi” ilə alver etmir.

“Mariupol – on Borodyanka kimi ola bilər və demək istəyirəm ki, bizim hərbçilərimizin məhv edilməsi bütün danışıqlara son qoyacaq. Çünki biz ərazilərlə və xalqımızla ticarət etmirik”, – Zelenski deyib.

Həmin müsahibədə prezident bildirib ki, Rusiya Federasiyası ilə Mariupolla bağlı danışıqlar davam edir, baxmayaraq ki, artıq danışıqlar aparan tərəflərə etimad yoxdur. Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, lakin bu, Rusiyanın iradəsindən asılıdır.

“Xalqımıza təslim olmağı təklif edirlər. Orada bizim hərbçilərimizlə başqa cür davranırlar. Siz də bunu çox yaxşı bilirsiniz. Və elə hərbçilər var ki, onlara nifrət edirlər və çətin ki, canlarını qurtara bilsinlər. Bəli, bəlkə də İlovaysk olacaq (2014-cü il faciəsi İlovaysk adlanırdı)”, – deyə Zelenski yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*